Dünya
01 dekabr 2023
0
Ermənistan hakimiyyəti növbədənkənar seçkilərə getmək İSTƏYİR
Ermənistan hakimiyyəti iqtidarı saxlamaq üçün növbədənkənar seçkilərə getmək məsələsini müzakirə edir.
Bu barədə “Pastinfo”nun əldə etdiyi məlumatda bildirilib.
Qeyd edilir ki, bir müddət əvvəl İrəvanda keçirilən mer seçkilərinin xoşagəlməz nəticələri Ermənistanın hakim “Mülki müqavilə” partiyasını narahat edib. İddialara görə, hakim partiyanın funksionerləri Baş nazir Nikol Paşinyana müxalifətin zəif olduğu bir vaxtda növbədənkənar seçkilər barədə düşünməli olduğunu başa salıblar.
Bildirilib ki, əsl müxalif siyasi qüvvənin meydana çıxacağı təqdirdə “Mülki müqavilə” inzibati resurslardan istifadə etsə belə, hakimiyyəti əldə saxlaya bilməyəcək və ona görə də yeni yaz seçkilərinə getmək variantı müzakirə olunur.
Daha çox xəbər:
Parlament növbədənkənar sessiyaya hazırlaşır
Gündəm / CəmiyyətPaşinyan qapalı iclas keçirdi - Göstərişlər verdi
Gündəm / DünyaAzərbaycan parlamentinin növbədənkənar sessiyası başa çatdı
Gündəm / SiyasətDiaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”
Siyasət / DünyaMilli Məclisin yaz sessiyası başa çatdı - Növbədənkənar sessiya keçiriləcək
Gündəm / Siyasət