Dünya
09 iyun 2022
16
DYP-dən avtoxuliqanlara XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) toy karvanlarında avtoxuliqanlıq edən sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən daxil olan xəbərdarlıqda deyilir:
“Yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan şəxslər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ahəngdar hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz nəticələrə rəvac verməməlidirlər.
Toy karvanlarında nəqliyyat vasitələrinin sayının az olması, iştirakçıların bir hərəkət zolağı üzrə hərəkət etməsi, ara məsafəsi saxlaması, optimal sürət seçilməsi, sərxoş sürücülərin dərhal hərəkətdən kənarlaşdırılması tədbirin təhlükəsiz başa çatması üçün başlıca şərt olmaqla yanaşı, həm də dəyər verdiyimiz insanların ən xoş günlərinin xoşbəxt anlarla yadda qalmasına töhfə verən davranış olduğunu da unutmamalıyıq”.

Daha çox xəbər:

DYP-dən qarlı hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
Avtomobillərinizi bu yerlərdə saxlamayın - DYP-dən XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Gündəm / Şou
DYP sürücülərə xəbərdarlıq etdi
Gündəm / Cəmiyyət
DYP-dən Qurban bayramı ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət