Dünya
02 noyabr 2022
3
Tokayev onları BAĞIŞLADI
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Amnistiya haqqında” qanunu imzalaması ilə bu ilin yanvar hadisələrinin 1500 iştirakçısı azadlığa buraxılacaq.
Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Reklamınızı SmartBee ilə effektiv edin.
Amnistiya iğtişaşların yatırılması zamanı cinayət törətmiş hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşlarını da əhatə edir.
Amma terrorçular, ekstremistlər, residivistlər, iğtişaşların təşkilatçıları və işgəncə verən şəxslər amnistiyaya düşməyib.
Qeyd edək ki, bu il yanvarın əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib, onların iştirakçıları polisə və hərbçilərə hücum ediblər. O vaxt Qazaxıstan Prezidenti dövlət çevrilişinə cəhdin olduğunu bəyan etmiş və kömək üçün KTMT-yə müraciət etmişdi. Yanvarın 7-də Qazaxıstanda vəziyyət sabitləşib, yanvarın 19-da isə bütün ölkədə fövqəladə vəziyyət ləğv edilib. Rəsmi məlumata əsasən, bu hadisələr nəticəsində 238 nəfər ölüb, 4,5 mindən çox insan yaralanıb.
Daha çox xəbər:
"Terrorçular yüzlərlə qazaxıstanlını öldürüb" - Tokayev
Gündəm / Şou"Bütün xahiş və tələblərə diqqətlə baxılacaq" - Qazaxıstan Prezidenti
Gündəm / Dünyaİlham Əliyev və Tokayevin təkbətək görüşü olub
Gündəm / Siyasət“Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək
Gündəm / CəmiyyətQazaxıstanda etirazçılar prezident iqamətgahına daxil olmağa çalışır
Gündəm / Dünya