Gündəm / Cəmiyyət
07 yanvar 2023
9

"Sibir antisiklonu hava şəraitinin dəyişməsinə səbəb olub" - Umayra Tağıyeva

"Sibir antisiklonu hava şəraitinin dəyişməsinə səbəb olub" - Umayra Tağıyeva


"Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub. Bu gün, yanvarın 7-si saat 16:00-a olan məlumata görə, artıq respublikanın dağlıq və dağətəyi rayonlarında qar yağıb"

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.

"Respublikanın bəzi ərazilərində şimal-şərq küləyi güclənib. Belə ki, Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb".