Gündəm / Dünya
30 yanvar 2023
8
Fransada kommunal xidmətlər bahalaşır: Əhali isti duşdan imtina edir
Məişət qazı tariflərinin kəskin artması səbəbindən fransızlar kommunal xidmətlərə qənaət etməyə məcburdurlar.
Məsələn, Tuluzada sakinlər isti duşdan imtina etməli olurlar, belə ki, burada kommunal qiymətlər üç dəfə artıb.
Yaşayış kompleksinin sakinlərindən biri Sofi Paskal:
“Mən uşaqlara sərin və çox qısamüddətli duş qəbul etməyi öyrədirəm. Mən üzümü də soyuq su ilə yuyuram”.
O etiraf edib ki, artıq yayı səbirsizliklə gözləyir. Paskal qənaətin xərcləri azaltmağın yeganə yolu olduğunu söyləyib.
Onun sözlərinə görə, 60 kvadratmetr üçün onun kommunal xərci ayda 140 avrodan 400 avroya qədər artıb.
“1100 avro maaşla, mən bunu ödəyə bilmirəm”, - deyə Sofi qeyd edib.
Mənbə: mk.ru

Daha çox xəbər:

Qazsız və isti susuz qalan Xankəndi - VİDEO
Gündəm / Cəmiyyət
Bakının bu ərazisində yaşayan sakinlər köçürülür - 27 Oktyabr saat 15:00 -a qədər...
Gündəm / Cəmiyyət
Yeni il bayramına yaxın ərzaq məhsullarının qiymətində ciddi artım gözlənilir - NƏ ETMƏLİ?
Gündəm / Cəmiyyət
Bakı yolları bu dəfə daha təhlükəsizdir - Video
Gündəm / Cəmiyyət
Prezidentdən 18,8 milyon manatlıq SƏRƏNCAM
Gündəm / Siyasət