Gündəm / Cəmiyyət
22 fevral 2023
0
Azərbaycanda cinayət törədənlərin çoxu işsizlərdir
2022-ci ildə ölkədə qeydə alınmış 36 494 cinayət hadisəsinin 10 665-i və ya 29,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2021-ci ilin göstəricisindən 24,4 faiz çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat yayıb.
Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 8587 şəxs müəyyən edilib ki, onların da 34,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib.
Cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törətmiş şəxslərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 7 faizi 18-24 yaşlı, 16,7 faizi 25-29 yaşlı gənclər, 76,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.
Bununla yanaşı, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 2017 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.
2022-ci ildə müsadirə edilərək qanunsuz dövriyyədən çıxarılmış 5034,5 kiloqram narkotik maddələrin 2250,3 kiloqramını heroin, 2134,2 kiloqramını marixuana, 434,6 kiloqramını tiryək, 38,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,4 kiloqramını kokain, 176,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.
Daha çox xəbər:
Azərbaycanda narkotik maddələrə qarşı mübarizə sərtləşdirilir
Gündəm / CəmiyyətAzərbaycan bu ölkələrdən məhsul idxal edib
Gündəm / İqtisadiyyatÖlkədə nə qədər işsiz var? - RƏSMİ
SosialBaş nazir narkotiklərin məhv edilməsi qaydasını təsdiqlədi
Gündəm / CəmiyyətAzərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti LƏĞV EDİLİR
Gündəm / Cəmiyyət