Gündəm / Cəmiyyət
27 noyabr 2024
0
Milli Məclisə yeni avtomobillər ALINIB
Milli Məclisə xaricdən gələn qonaqların sayı ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Bunu "Milli Məclisin xərclər smetası”nın müzakirəsi zamanı parlamentin İşlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, 2024-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsait hesabına deputatların işinin səmərəliliyini artırmaq məqsədilə 2006-2009-cu illərdə plenar iclas salonunda quraşdırılmış kompüterlər planşetlə əvəzlənib.
Firudin Hacıyev qeyd edib ki, Milli Məclisin avtomobil parkının yenilənməsi məqsədilə yeni avtomobillər alınıb.
"Milli Məclisin maşın zalında, avtoparkda iclas salonlarında tələb olunan təmir işləri bu gün də davam etməkdədir”,- işlər müdiri vurğulayıb.
F.Hacıyev qeyd edib ki, istismara yararsız hala düşmüş elektrik avadanlıqlarının yenisi ilə əvəzlənməsi, server otaqlarında, iclas salonlarında elektron səsvermə sistemlərini idarə etmək üçün ayrılmış xüsusi otaqlarda quraşdırılmış data mərkəzində yenidənqurma işlərinin aparılması tələb olunur.
Daha çox xəbər:
Milli Məclisin komitə sədrlərinə yeni "Mercedes"lər verildi - FOTO
Gündəm / CəmiyyətParlamentin payız sessiyası: İlk plenar iclas bu tarixdə olacaq
Gündəm / SiyasətMilli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək
Gündəm / SiyasətMilli Məclisin növbəti iclasının vaxtı açıqlandı
SiyasətDeputatların maaşı üçün 5 milyon manatdan çox vəsait ayrıldı
Gündəm / İqtisadiyyat