Gündəm / Cəmiyyət
17 yanvar 2025
0
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüş zamanı əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər müzakirə olunacaq.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda jurnalistlərə açıqlamasında belə deyib.
Nazirin sözlərinə görə, bu gün Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclası keçiriləcək ki, bu da iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə çox mühüm formatdır.
“Komissiyanın iclasında Gürcüstan və Azərbaycan hökumətinin üzvləri iştirak edəcək. Təbii ki, biz iki ölkə arasında münasibətlərdə mövcud olan bütün məsələləri, xüsusilə bizi Azərbaycanla birləşdirən müxtəlif sektorlardakı strateji tərəfdaşlığı müzakirə edəcəyik. Təbii ki, görüşlər ən yüksək səviyyədə keçiriləcək, Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü olacaq və əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər bu formatda müzakirə olunacaq"- Maka Boçorişvili deyib.
Daha çox xəbər:
Prezidentin səfərində bu mövzular müzakirə ediləcək
Gündəm / SiyasətGürcüstan xarici işlər nazirinin Azərbaycana səfərinin tarixi məlum olub
Gündəm / DünyaBoçoroşivili nazir kimi ilk səfərini Azərbaycana edib
Gündəm / SiyasətQaribaşvili: “Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”
Gündəm / Siyasət"İrəvanla Bakı arasında razılaşma ilə bağlı müsbət irəliləyişlər var"- Gürcüstan parlamentinin sədri
Gündəm / Dünya