Gündəm / Siyasət
24 oktyabr 2022
20
Qaribaşvili: “Azərbaycan Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”

“Azərbaycan isə Gürcüstanın ən mühüm strateji tərəfdaşıdır”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Azərbaycan üçün ən vacib və dost ölkələrindən biridir.
O bəyan edib ki, tərəflər artıq həyata keçirilən və tarixi adlandırıla biləcək strateji layihələri müzakirə ediblər:
“Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi layihələri var”.
“Biz həm cari, həm də planlaşdırılan layihələrin həyata keçirilməsi üçün əlaqələri maksimum dərəcədə intensivləşdirməyə tam hazır olduğumuzu bir daha təsdiqləyirik”, - Qaribaşvili bildirib.
Mənbə: Sputnik Gürcüstan

Daha çox xəbər:

Prezident İlham Əliyev Gürcüstana işgüzar səfərə gedib - YENİLƏNİB
Gündəm / Siyasət
Bakı-Tbilisi-Qars dəmiryolu 1 milyonadək sərnişin daşınacaq
İqtisadiyyat
İlham Əliyevin Qaribaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB
Gündəm / Siyasət
Prezidentin səfərində bu mövzular müzakirə ediləcək
Gündəm / Siyasət
"Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir" - İlham Əliyev
Gündəm / Siyasət