Gündəm / Cəmiyyət
16 yanvar 2025
0
Ərdoğandan YPG-yə sərt xəbərdarlıq: “Silahları yerə qoymasa...”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupu ilə görüşündə çıxış edib.
Ərdoğan Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə yanaşı, dekabrın 8-də Suriya hökumətinin gedişi ilə bağlı bəzi hadisələrə də toxunub.
Türkiyə prezidenti Suriyanın keçmiş lideri Bəşər Əsədin yürütdüyü siyasətdən danışıb, onu ölkənin daxili problemlərini zorakılıq, qan tökmək, təzyiq yolu ilə həll etməkdə suçlayıb.
Ərdoğanın sözlərinə görə, Əsədlə onun arasında keçirilən görüşlərdə Suriyanın keçmiş prezidenti heç vaxt reallığa çevrilməyən islahatların həyata keçirilməsindən danışıb.
“Onunla keçirdiyimiz bütün görüşlərdə Əsəd bizə islahatlar vəd etdi, lakin heç vaxt sözünün üstündə durmadı”, - o əlavə edib.
Bundan başqa, o, Suriyadakı mövcud vəziyyətə toxunaraq, terrorçu “Suriya Kürd Özünümüdafiə Qüvvələri”ni (YPG) Suriyanın ən böyük problemi adlandırıb.
Ərdoğan daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın səsləndirdiyi oxşar cümləni təkrarlayaraq, YPG-nin dağılmayacağı təqdirdə Suriyada əməliyyata başlayacaqlarını bildirib.
“Suriyanın təbii sərvətlərini ələ keçirən YPG terror təşkilatı dağılıb silahlarını yerə qoymasa, acı taleyindən xilas ola bilməyəcək”.
“Suriyalı qardaşlarımızla birlikdə həm İŞİD və YPG, həm də digər terror təşkilatlarını ən qısa zamanda məğlub edəcəyik", - Ərdoğan xəbərdarlıq edib.
Daha çox xəbər:
Ərdoğan və Bəşər Əsəd görüşə bilər
Siyasət / Dünya“Fransa terrorizmin ən fəal tərəfdarıdır” - Ərdoğan
Gündəm / DünyaƏrdoğanın açıqlaması PKK-nı panikaya salıb - Dəhşətli plan işə düşdü
Gündəm / DünyaTürkiyə ordusu Suriyanın şimalında iki terrorçu zərərsizləşdirib
Gündəm / DünyaƏrdoğan İrana getdi
Gündəm / Dünya