Gündəm / Siyasət
17 yanvar 2025
0
Azərbaycan və Gürcüstan hökumətləri arasında dörd sənəd imzalanıb

Bakıda keçirilən Azərbaycan ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasında dörd sənəd imzalanıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.
Eyni zamanda Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında konsulluq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.




Daha çox xəbər:

Azərbaycan və Tacikistan arasında yeddi sənəd imzalanıb - YENİLƏNİB
Gündəm / Siyasət
Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb
Gündəm / Siyasət
Azərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Gündəm / Siyasət
Əli Əsədov: Azərbaycan Gürcüstanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə verdiyi töhfəni yüksək qiymətləndirir
Gündəm / Cəmiyyət