Gündəm / Cəmiyyət
16 yanvar 2025
0
Azərbaycan XİN Qəzzada atəşkəs elanını alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qəzzada atəşkəs və girov mübadiləsi razılaşmasının elanını alqışlayıb.
Bu barədə Azərbaycan XİN "X" hesabında məlumat yayıb.
"Ümid edirik ki, bütün tərəflər razılaşmaya hörmət edəcək və əziyyətə son qoyulacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və bu məqsədə doğru beynəlxalq ictimaiyyətlə işləməyə davam edəcək", - paylaşımda qeyd olunub.


Daha çox xəbər:

Qəzzada yeni atəşkəs?
Gündəm / Cəmiyyət
İsrail məhkəməyə verilir - Ankaradan reaksiya
Gündəm / Dünya
ÜST: Qəzzanın böyük miqdarda tibbi yardıma ehtiyacı var
Gündəm / Dünya
Rusiya XİN-dən Tovuz döyüşlərinə reaksiya gəldi
Siyasət / Dünya
Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama
Gündəm / Cəmiyyət