Gündəm / Dünya
04 yanvar 2024
1
İsrail məhkəməyə verilir - Ankaradan reaksiya

Türkiyə Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müsbət qarşılayır.Yenixeber.org
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.
“Ankara CAR-ın 1948-ci ildə qəbul edilən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” çərçivəsində öhdəliklərin pozulması ilə bağlı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır. İsrailin son 3 ay ərzində Qəzzada törətdiyi qətliamlar cəzasız qalmamalı və günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu prosesin ən qısa zamanda müsbət tamamlanacağına ümid edirik. Buna görə də Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzzaya hücumlarını dayandırmağı tələb edən müvəqqəti qərar verməsi gözlənilir. Türkiyə bu qərarın icrasını təqib edəcək”, – XİN rəsmisi vurğulayıb.

Daha çox xəbər:

Ərdoğan İsrailə gedəcək
Gündəm / Dünya
Qəzzada atəşkəs olmayacaq - Netanyahu
Gündəm / Dünya
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir” - RƏY
Gündəm / Siyasət
Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!
Dünya
Azərbaycan və İsrail XİN rəhbərlərinin görüşü başladı
Gündəm / Siyasət