Gündəm / Dünya
20 sentyabr 2022
9
Ərdoğan İsrailə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
Milliinfo.az “Blumberq” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə deyib.
Ərdoğan mümkün səfərin tarixi barədə məlumat verməyib.
Qeyd edək ki, bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.
