Gündəm / Siyasət
07 iyul 2023
0
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir” - RƏY
“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı erməni fitnəkarlığının iflasa uğradığını göstərir”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı 12 may 2023-cü il tarixli vəsatətinə rədd cavabı verməsi Azərbaycan dövlətinin beynəlxalq hüquq normaları çərçəvəsində fəaliyyət göstərdiyini bir daha sübut edir:
“Azərbaycan hüquqi ərazilərinin suverenliyinin qorunması məqsədi ilə Laçın yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsini yaradıb. Rəsmi Bakının atdığı bu addım beynəlxalq səviyyədə də qanuni hesab olunur”.
“Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarı faktiki olaraq Azərbaycan dövlət sərhəd-buraxılış məntəqəsinin qurulmasının beynəlxalq hüquq tərəfindən tanındığını isbatlayıb”, - o qeyd edib.
A.Hüseynov vurğulayıb ki, artıq dünya ictimaiyyəti Ermənistanın yürütdüyü yalan dolu siyasətini tanıyır:
“Bu onlara verilən obyektiv qiymətdir”.
Daha çox xəbər:
Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdi - YENİLƏNİB
Gündəm / Dünya"Simonyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Milli Məclis
Gündəm / SiyasətErmənilər Laçın postunda belə yoxlanılır - VİDEO
Gündəm / CəmiyyətLaçın yolunda sərhəd nəzarət-keçid məntəqəsi yaradılsın - Nazirdən TƏKLİF
Gündəm / SiyasətRusiyalı ekspertlər: “Ermənistanın Putinin həbsi qərarını qanuni sayması Rusiya üçün təhqirdir” - VİDEO
Gündəm / Dünya