Gündəm / Cəmiyyət
13 mart 2023
0
İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları “iməcilik” adı altına məcburi əməyə cəlb edib.
Bununla bağlı bir qrup şəhər sakini Demokrat.az-a şikayət göndərib.
Şikayətçilər iddia edirlər ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara “ümumşəhər iməciliyinin keçirilməsi” adı altında məcburi şəkildə küçələr təmizlətdirilib.
Məlumata görə, iməciliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayiəti ilə yol kənarlarındakı tullantılar və səkilər təmizlətdirilib, digər abadlıq işləri gördürülüb.
Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi texnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür.
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərinə cavab verilməyib.
Oxu.az
Daha çox xəbər:
İcra Hakimiyyətinin şöbə müdirini maşın vurub
HadisəBakı Şəhər İcra Hakimiyyəti bir sıra rayonların başçılarına İRAD BİLDİRDİ
Gündəm / CəmiyyətFeministlərin 8 Mart yürüşünə icazə verilmədi
Gündəm / CəmiyyətEldar Əzizov Aparat rəhbəri vəzifəsini ona həvalə etdi
Gündəm“Məni İcra Hakimiyyətində qəbul etmirdilər” - İntihara cəhd edən şəhid anası
Gündəm / Hadisə