Gündəm / Cəmiyyət
12 aprel 2023
0
Laçın-Xankəndi yolundakı aksiyanın 122-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 122 gündür davam edir.
Aksiya iştirakçıları ötən gecə yüksək fəallıq nümayiş etdiriblər.
Toplanış yerində gecə boyu da təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Daha çox xəbər:
Laçın-Xankəndi yolundakı aksiyanın 116-cı GÜNÜ
Gündəm / SiyasətLaçın-Xankəndi yolundakı aksiyanın 115-ci GÜNÜ
Gündəm / SiyasətLaçın-Xankəndi yolundakı aksiyanın 114-cü GÜNÜ
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolundakı aksiyanın 113-cü GÜNÜ
SiyasətLaçın-Xankəndi yolundakı aksiyanın 107-ci GÜNÜ
Gündəm / Cəmiyyət