Gündəm / Dünya
12 iyul 2023
0
“2025-ci ildə Rusiya ərazini tərk edəcək” - Ərdoğan Qarabağdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamalar verib.
Dövlət başçısı Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı da cavablandırıb. Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevin bölgədəki vəziyyəti diqqətlə izlədiyini deyib.
“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram. Qardaşım İlham Əliyev də məsələni diqqətlə izləyir”, - deyə Ərdoğan bəyan edib.

Daha çox xəbər:

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”
Gündəm / Cəmiyyət
"İlham Əliyev Ermənistana sülh təklifi edib" - Ərdoğan
Gündəm / Dünya
Ərdoğandan Putinin Türkiyə səfəri ilə bağlı daha bir AÇIQLAMA
Gündəm / Dünya
Ərdoğan İlham Əliyevin Ukraynaya səfərindən DANIŞDI
Gündəm / Dünya
Ərdoğan və Putin telefonla danışdı
Gündəm / Dünya