Gündəm / Siyasət
09 oktyabr 2023
0
Ceyhun Bayramov Mehdi Səfəri ilə Naxçıvanla kommunikasiya bağlantılarını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.

Daha çox xəbər:

Ceyhun Bayramov Lavrovla görüşdü - YENİLƏNİB
Gündəm / Siyasət
Ceyhun Bayramov Dmitri Kuleba ilə görüşdü
Gündəm / Cəmiyyət
Ceyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Siyasət
Ceyhun Bayramov Polşanın XİN rəhbəri ilə görüşüb
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibini Ermənistanın təxribatı barədə məlumatlandırıb
Siyasət / Dünya