Gündəm / Siyasət
28 noyabr 2023
0
3 müdafiə naziri Bakıda görüşdü: Tiflisdən gözləntilər…
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Bakı görüşü ənənəvi üçtərəfli formatın davam etdirilməsi olsa da, İrəvana silah daşınmasında Tiflisin tranzit olaraq istifadə edilməsi fonunda müəyyən gözləntilər yaradır. İstisna deyil ki, Bakıda bu məsələ də müzakirə edilib, Gürcüstandan tranzit rolundan imtina etməsi, yaxud ən azı Ermənistanın hərbi gücünü artıra biləcək, eləcə də təhlükə yaradacaq hücum silahlarının keçidinə icazə verilməməsi istənilib.
Bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, regional təhlükəsizlik məsələlərində Bakı və Ankara ilə müttəfiqlik edən Tiflisin bunu qəbul edəcəyi mümkün görünür:
“Fransanın Gürcüstan vasitəsilə Ermənistana göndərdiyi “Bastion” zirehli maşınları Azərbaycan üçün təhlükə yaratmır. Bu baxımdan, rəsmi Bakı Avropa Birliyindən müəyyən gözləntiləri olan Tiflisin bu addımını anlayışla qarşılayıb. Lakin Ermənistanı silahlandırmağa davam edəcək Fransanın perspektivdə ağır hərbi texnikanı da Gürcüstan üzərindən keçirmək istəyəcəyi bəllidir. Bakı və Ankara Tiflisdən bunun olmamasını istəyir”.(Axar.az )

Daha çox xəbər:

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü başladı
Gündəm / Cəmiyyət
Ayxan Hacızadə: “Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdır”
Gündəm / Siyasət
Müdafiə naziri Türkiyəyə GETDİ
Gündəm / Siyasət
İlham Əliyevin Gürcüstan səfərinin məqsədləri - “Kaspi”nin ŞƏRHİ
Gündəm / Siyasət
Bu ay Əliyev-Paşinyan görüşü olmayacaq - RƏSMİ
Gündəm / Siyasət