Gündəm / Cəmiyyət
12 yanvar 2024
2
Hikmət Mirzəyev müdafiə nazirinin müavini TƏYİN EDİLDİ

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.
General-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.
Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb. Sözügedən təyinatla bağlı Müdafiə Nazirliyi heç bir rəsmi açıqlama yaymayıb.
56 yaşlı Hikmət Mirzəyev Biləsuvar rayonunda anadan olub. O, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində iştirak edib. Vətən müharibəsinin zamanı Prezident İlham Əliyev ona "general-leytenant" ali hərbi rütbəsi verib. Sonradan “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Daha çox xəbər:

Hikmət Mirzəyev Prezidentə raport verdi - VİDEO
Gündəm / Siyasət
Müdafiə nazirinin müavinlərinin sayı artıb – İZAH
Gündəm / Cəmiyyət
Azərbaycanın Quru Qoşunlarının komandanı Türkiyəyə getdi
Gündəm / Siyasət
FHN generallarının SİYAHISI
Gündəm / Cəmiyyət
Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib
Hadisə