Gündəm / Dünya
23 yanvar 2024
0
ABŞ və Britaniya yenidən husilərə hücum etdi
Britaniya və ABŞ ordusu Yəməndə husilərin mövqelərinə zərbələr endirib.
Bu barədə məlumat Britaniya hökumətinin saytında yer alıb.
Məlumata görə, husilərə məxsus səkkiz hədəf məhv edilib. Əməliyyata Avstraliya, Bəhreyn, Kanada və Niderland da dəstək verib.
Açıqlamada zərbələrin husilərə məxsus yeraltı anbarı və raket və hava müşahidə sistemlərini hədəf aldığı bildirilir.
Raket hücumlarını husilərin mətbuat xidməti də təsdiqləyib.
Qeyd edək ki, yanvarın 12-də ABŞ Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə hücum edib. ABŞ-ın zərbələri yanvarın 13 və 14-də də davam edib. Yanvarın 18-də ABŞ ordusu husilərin gəmi əleyhinə raketlərinə zərbələr endirib.
Daha çox xəbər:
ABŞ və Britaniya Yəmənə yeni zərbələr endirib
Gündəm / CəmiyyətQırmızı dənizdə böhran: ABŞ yenidən hücuma keçdi, İran isə...
Gündəm / Dünyaİran birbaşa hücuma başladı: Avropa təhlükə altında
---Ordumuz erməni mövqelərinə dəqiq zərbələr endirir - Rəsmi
Gündəm / SiyasətABŞ səfirliyi üzərində uçan PUA-lar məhv edildi
Gündəm / Dünya