Gündəm / Cəmiyyət
25 yanvar 2024
0
Baş Prokurorluq separatçılarla bağlı məlumat yaydı

Qarabağda qondarma separatçı rejimin “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına baxılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd Xidmətləri, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub.
Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb

Daha çox xəbər:

Baş Prokurorluq, DİN və DTX "Tərtər işi" ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyət
Naxçıvanın eks-maliyyə nazirinin həbs müddəti uzadıldı
Gündəm / Dünya
İntim videolar yayan FHN polkovniki HƏBS EDİLDİ
Gündəm / Hadisə
"Azərxalça"nın sabiq rəhbərinin həbs müddəti UZADILDI
Hadisə
Baş Prokurorluq, DİN və DTX birgə ƏMƏLİYYAT KEÇİRDİ
Hadisə