Gündəm / Cəmiyyət
03 sentyabr 2024
0

Paytaxtda toz dumanı azalıb - Yenilənib



Bakıda və Abşeron yarımadasında, eləcə də  Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada tozun miqdarı artıb və hazırda normadan 4-4.5 dəfə yüksəkdir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat yayıb

“Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir və Türkmənistan ərazisindən ölkəmizə daxil olub. Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - G.Abbasova qeyd edib.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3 dəfə yüksək olduğu qeydə alınıb.

***

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyasında nisbi azalma müşahidə olunur:

 “Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən  azalacağı gözlənilir”.