Gündəm / Cəmiyyət
12 sentyabr 2024
0
Parlamentin yeni deputatları ilk bu qanunları MÜZAKİRƏ EDƏCƏK
Milli Məclisin payız sessiyasının plenar iclası Daxili Nizamnaməyə əsasən, sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Yeni çağırış Milli Məclisdə ilk müzakirə olunan mövzular COP-29-la əlaqədar olaraq ekoloji sahədə olacaq.
Belə ki, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bəzi məsələlərlə bağlı Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq edilməsi məqsədilə Milli Məclisə təqdim edilib. “Heyvanlar aləmi haqqında", "Balıqçılıq haqqında", "Ovçuluq haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq olunması məqsədilə Milli Məclisə təqdim edilən qanun layihələri arasındadır.
Bununla bərabər "Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin meyarları haqqında təlimat, "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında" Əsasnamə təsdiq olunub. Hazırda 5 qanun layihəsi - "Atmosfer havasına atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında", "Qablaşdırma və qablaşdırma tullantılarının dövriyyəsi haqqında", "Heyvanlarla məsuliyyətli davranış haqqında", "Ekoloji maarifləndirilmə haqqında", "Yerin təki haqqında" qanun layihələri, "Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" razılaşdırılma mərhələsindədir.
Daha çox xəbər:
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
SiyasətMilli Məclisin yaz sessiyası başlayır
Gündəm / CəmiyyətMilli Məclisin növbəti iclası təxirə salındı
SiyasətMilli Məclisin plenar iclaslarında gələn ilin büdcəsinin müzakirəsi başlayır - Bu gündən
Gündəm / SiyasətMilli Məclisin gündəliyi dəyişdi
Gündəm / Siyasət