Gündəm / Cəmiyyət
25 sentyabr 2024
0
Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstərdi -polis atəş açdı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.
DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, sentyabrın 24 -də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.
Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Daha çox xəbər:

Bakıda evə basqın: Polis şübhəli şəxsi zərəsizləşdirdi
Gündəm / Hadisə
Azərbaycanda narkotacir polisə müqavimət göstərdi: Xəsarət alan var
Gündəm / Cəmiyyət
Qətlə yetirilən polisin 10 gün sonra toyu olacaqmış
Gündəm / Cəmiyyət
Azərbaycanda kişi arvadını baltaladı - YENİLƏNİB
Gündəm / Hadisə
Bərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU
Gündəm / Hadisə