Gündəm / Cəmiyyət
26 sentyabr 2024
0
Atatürk 104 il öncə Ermənistanla bağlı nə yazmışdı?
Türkiyənin qurucusu Mustafa Kamal Atatürk hələ 1920-ci ildə yazmışdı ki, Qafqaz divarı yıxılmalıdır, əks halda Ankara müdafiə oluna və inkişaf edə bilməz.
Bunu erməni türkşünas Varujan Geqamyan deyib.
Onun sözlərinə görə, Atatürk “Qafqaz divarı” dedikdə şərq cəbhəsində Ankaranın təhlükəsizliyinə təhdid kimi gördüyü Ermənistanı nəzərdə tutub:
“Mustafa Kamal və müttəfiqləri o zaman tam uğur qazana bilməmişdilər. Lakin bu məqsəd heç vaxt unudulmadı, hər zaman əlverişli fürsət gözlənildi. İllər sonra isə fürsət yarandı. 2024-cü ildə “Qafqaz divarı”nın açarları elə onun öz mühafizəçiləri tərəfindən Türkiyəyə təqdim olundu. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə məhz bunu etdi. Hətta Türkiyə prezidentinin müəllifi olduğu kitab artıq İrəvan hökumətinin masasındadır”.(Globalinfo)
Daha çox xəbər:
Mustafa Kamal Atatürkün anım günüdür
Gündəm / Dünya"Putinin Türkiyəyə səfəri planlarda var" - prezidetin köməkçisi
Gündəm / DünyaPaşinyan Ərdoğanla gizli görüş keçirilməsini təklif etdi
DünyaPaşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı? - AKTUAL
DünyaAzərbaycan generalları Anıtqəbri ziyarət etdilər
Gündəm / Cəmiyyət