Gündəm / Dünya
11 dekabr 2021
28
Ermənistanda hərbçilər HƏBS EDİLDİ
Ermənistanda bu il noyabrın 16-da baş vermiş döyüşlərdə hərbi nizamnamə qaydalarını pozmaqda ittiham olunan bir qrup erməni hərbçi həbs edilib.
Milliinfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yerli İstintaq Komitəsinin məlumatında həmin gün saat 11:30-da döyüşlər zamanı müdafiə postunun komandiri, böyük və iki gözətçinin hərbi nizamnamə və döyüş növbətçiliyi qaydalarını pozduqları deyilir.
O cümlədən erməni hərbçilər postu tərk edərək qaçıblar. Ermənistan Silahlı Qüvvələrinin daha 24 hərbçisi mühasirəyə düşüb və Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüblər.
Cinayət işi çərçivəsində daha bir zabit həbs edilib. Məlum olub ki, batalyon komandirinin tədris hissəsi üzrə müavini olan mayor N.Y. batalyona həvalə olunmuş mövqenin başçısı olsa da, oranı tərk edib.
Daha çox xəbər:
Bu gün Kəlbəcər istiqamətində məhv edilən erməni hərbçilərinin ADLARI (YENİLƏNİB)
GündəmErmənistan diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb
Gündəm / HadisəErmənistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 21-ə çatıb
Gündəm / DünyaBu gün Qarabağda həbs edilən erməni cinayətkarların məhkəməsi keçiriləcək
Gündəm / CəmiyyətAzərbaycanda vəzifəli şəxs rüşvət alarkən HƏBS EDİLDİ
Gündəm / Hadisə