Gündəm / Hadisə
13 iyun 2022
15

Şamaxıdan qayıdan müəllim və şagirdlər ağır qəzaya düşdü - VİDEO

Şamaxıdan qayıdan müəllim və şagirdlər ağır qəzaya düşdü - VİDEO


Bakı-Şamaxı yolunun Acıdərə adlanan ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milliinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 23:00 radələrində baş verib.

Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Quliyev Pərviz Şahsəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı içərisində 55 nəfərin olduğu avtobusun sərnişinləri xəsarət alıblar. Bakı-Qəbələ-Bakı marşurutu üzrə hərəkət edən avtobusda olan sərnişinlərin əksəriyyəti orta məktəbin müəllim və şagirdləri, onların valideynləri olub.
Hadisə nəticəsində yaralanaraq xəsətəxanaya yerləşdirilən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli, Əmircan qəsəbəsindən olan sakinlərin adları aşağıdakılardır:

1983-cü il təvəllüdlü Qurbanova Günel Ağamalı qızı;

2016-cı il təvəllüdlü Qurbanova Əsra Samir qızı;

2012-ci il təvəllüdlü Qurbanova Nurgül Samir qızı;

1986-cı il təvəllüdlü Bəşirova Aysel Ağamalı qızı;

1993-cü il təvəllüdlü Abışova Xəyalə Eyyub qızı;

1983-cü il təvəllüdlü Əhmədova Aynur Mirzə qızı;

2012-ci il təvəllüdlü Əhmədova İlayda Ratvin qızı;

2008-ci il təvəllüdlü Əmirxanlı Niman Mahmud oğlu;

Yaralılardan iki nəfərin - 2007-ci il təvəllüdlü Aleksandra Yexemenko Sergeyevna və 2010-cu il təvəllüdlü Qasımov Elnur Elçin oğlunun vəziyyətinin ağır olduğu bildirilir.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub. 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib. 2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə bildirib ki, “Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti olduğu bildirilir. Məktəb rəhbərliyinin verdiyi məlumatda əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub".

Faktla bağlı araşdırma aparılır.