Gündəm / Dünya
25 iyun 2022
31
Berlin meri yarım saat “yalançı Kliçko” ilə söhbət etdi

Almaniyanın paytaxtı Berlinin meri Françiska Qiffi 30 dəqiqə ərzində özünü Kiyevin meri Vitaliy Kliçko kimi təqdim edən naməlum şəxslə söhbət aparıb.
Bu barədə məlumatı “Tagesspiegel” yayıb.
Məlumata görə, Ukrayna tərəfindən Qiffi ilə görüşün keçirilməsi barədə istək daxil olub. Bunun hansı kanallarla baş verdiyi isə hələ məlum deyil.
Görüş zamanı özünü Kliçko kimi təqdim edən şəxsin danışıq tərzi və tonu almaniyalı merdə şübhələr doğurub. Belə ki, sözügedən şəxs Qiffidən ölkədəki ukraynalı qaçqınlara hansl xidmətlərin göstərilməsi barədə suallar verib.
Merin şübhələrindən sonra söhbət vaxtından əvvəl dayandırılıb.
Daha sonradan aydın olub ki, naməlum şəxslər dipfeyk texnologiyasından istifadə edib və özlərini Kliçko kimi qələmə veriblər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
“Bild” nəşri isə oxşar hadisənin Madriddə də baş verdiyini yazıb. Belə ki, burada da naməlum şəxs özünü Kliçko kimi təqdim edərək Madrid şəhərinin merinə zəng edib.
Kiyev meri Vitaliy Kliçko da məsələyə münasibət bildirərək, hər iki zəngin onun tərəfindən edilmədiyini və feyk olduğunu bildirib.

Daha çox xəbər:

Bakı və Kiyev arasında Qardaşlaşma haqqında protokol imzalanıb
Gündəm / Siyasət
Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışa verildi
Gündəm / Cəmiyyət
Özünü FHN komandiri kimi tanıdıb məmurla görüşdü, yalanı üzə çıxdı - Video
Gündəm / Cəmiyyət
Moskvada naməlum şəxs insanlara atəş açdı - Yaralananlar var
Dünya
Kiyevdə bəzi saatlarda küçəyə çıxmaq QADAĞAN EDİLDİ
Gündəm / Dünya