Gündəm / Siyasət
11 oktyabr 2022
11
“Azərbaycanın biznes dairələrini bazarımızda salamlayırıq" - Sadır Japarov
“Azərbaycan Respublikasının biznes dairələrini bazarımızda salamlayırıq və bundan sonrakı tərəfdaşlığa açığıq. Biz investorların qorunmasına zəmanət veririk və ən əlverişli şəraiti təqdim etməyə hazırıq”.
"Unikal" xəbər verir ki, bu fikirləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.
"Sevindirici haldır ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasının vacibliyi anlayışı var. Onun indiki səviyyəsi hələlik potensialdan uzaqdır", - Qırğızıstan Prezidenti vurğulayıb.
Xalqlarımızın ortaq tarixə, köklərə, mədəniyyətə, ənənələrə və milli xüsusiyyətlərə malik olduğunu bildirən Prezident Sadır Japarov qeyd edib ki, əcdadlarımız çox qədim zamanlardan bizə dostluq və əməkdaşlıq vəsiyyət ediblər.
Daha çox xəbər:
Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkı açılıb
Gündəm / SiyasətQırğız prezidenti İlham Əliyevi hava limanında qarşıladı - YENİLƏNİB
Gündəm / SiyasətAzərbaycan-Qırğızıstan sənədləri imzalandı
Gündəm / Siyasət"Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır" - Prezident
Gündəm / SiyasətSahibə Qafarova Qırğızıstan Prezidenti ilə görüşüb
Gündəm / Siyasət