Gündəm / Siyasət
12 oktyabr 2022
7
"Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib" - Dövlət başçısı

Biz uçurum kənarında idik, qonşu ölkənin hərbi təcavüzü nəticəsində təkcə əraziləri itirmirdik, həm də hərc-mərclik və qardaş qırğını, vətəndaş müharibəsi faciəsi ilə üz-üzə idik.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.
Ən ağır müharibənin vətəndaş müharibəsi olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Təəssüf ki, Azərbaycan xalqı bunun acısını çəkib. Yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının ona inamı sayəsində o, qardaş qırğınını dayandırdı, Azərbaycanın iflasa sürüklənməsinin, gənc respublikamızın parçalanmasının qarşısını aldı, Azərbaycanı inkişaf yoluna qoydu, sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsinə, investisiyaların cəlbinə, müasir Azərbaycan Ordusunun təməlini qoymağa nail oldu”.

Daha çox xəbər:

"Heydər Əliyev tarixdə dərin iz buraxmış görkəmli şəxsiyyətdir" - İlham Əliyev
Gündəm / Siyasət
Prezident Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoydu - YENİLƏNİB
Gündəm / Cəmiyyət
"Müharibənin son dəqiqəsinə qədər Türkiyə bizim arxamızda idi" - Dövlət başçısı
Gündəm / Siyasət
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi Meksikada anılıb (FOTO)
Cəmiyyət / Dünya
İlham Əliyev və Sadır Japarov məktəbin açılışında
Siyasət