Gündəm / Hadisə
11 noyabr 2022
6
Kürəkəninə görə dələduzluğa məruz qalan məmur vəfat etdi - Foto
Bir neçə ay əvvəl Prezident Administrasiyasındakı vəzifəsindən azad edilən Arif Novruzov vəfat edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə rayonun kuratoru kimi çalışmış A. Novruzov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, A.Novruzov və kürəkəninin adı dələduzluq cinayətində hallanıb. Həmin vaxt o, həbsdə olan kürəkəninin azadlığa buraxılması üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat verib. Lakin pulu alan şəxslərin yalanı sonradan üzə çıxıb və onlar tutularaq məsuliyyətə cəlb edilib.
Məlum olub ki, A.Novruzovun kürəkəni tekstil ticarəti ilə məşğul olub və türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə tutulub. Bundan sonra A.Novruzov kürəkənini azadlığa çıxarmaq üçün müxtəlif vasitələrə əl atıb və dələduzluqla üzləşib.
Arif Novruzov sözügedən hadisədən sonra vəzifəsindən azad edilib.

Daha çox xəbər:

Vilayət Eyvazov polkovniki İŞDƏN ÇIXARDI - FOTO
Gündəm / Cəmiyyət
MM-in İntizam Komissiyası: "Siyavuş Novruzov qadağalara riayət etməyib"
Gündəm / Siyasət / Sosial
Nazir Əli Həsənovun kürəkəninin yerinə onu TƏYİN ETDİ - FOTO
Gündəm / Cəmiyyət
Vilayət Eyvazovdan yeni - Təyinatlar
Cəmiyyət
Xanım prokuror qəfil vəfat etdi
Gündəm / Hadisə