Gündəm / Siyasət
15 noyabr 2023
2
Müdafiə Nazirliyinin rəhbər heyəti “Dubai Airshow 2023” sərgisində iştirak edir - FOTO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Dubai Airshow 2023” beynəlxalq sərgisində iştirak edirlər.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin rəhbər heyəti burada Türkiyə Müdafiə Sənayesinin “ROKETSAN” şirkətinin stendində nümayiş etdirilən silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
“ROKETSAN” şirkətinin rəhbərliyi ilə keçirilən görüşdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Zakir Həsənov italiyalı həmkarı ilə əməkdaşlıqdan DANIŞDI
Gündəm / SiyasətAzərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi müzakirə olundu
Gündəm / SiyasətAzərbaycanla Pakistan arasında əməkdaşlıq məsələləri müzakirə edildi
Gündəm / CəmiyyətMüdafiə naziri Türkiyəyə GETDİ
Gündəm / SiyasətMüdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanında
Gündəm / Cəmiyyət