Gündəm / Cəmiyyət
25 sentyabr 2024
0

Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma - ŞƏRH

Azərbaycan-Özbəkistan Media Forumu: münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün intellektual platforma - ŞƏRH


Möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər gün yeni məzmunla zənginləşir. İki dövləti çox qədim zamanlardan ortaq tarix, dil, kök, adət-ənənə və mədəniyyət birləşdirir.
Müstəqillik illərində ölkələrimiz arasında əməkdaşlıq uğurla inkişaf edib, bu gün isə Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin mahir siyasəti, eləcə də onların şəxsi dostluğu və sıx əlaqələri sayəsində bu əməkdaşlıq daha da inkişaf edib. Ümumi maraq və dəyərlər ətrafında sıx birləşən Azərbaycan-Özbəkistan münasibətləri prezidentlərin sayəsində günbəgün artır və güclənir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “bizim münasibətlərimiz artıq yeni səviyyəyə yüksəlib - bu gün Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir”.

Bu ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı Müttəfiqlik münasibətləri haqqında müqavilə imzalanıb. Bu gün Azərbaycanın cəmi 4 dövlətlə müttəfiqlik münasibətləri var və bu ölkələrdən biri də Özbəkistandır. Bu fakt ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. İkitərəfli əlaqələrin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır. Hər iki ölkə ümumi maraq və dəyərlər ətrafında sıx birləşərək, münasibətlərin daha da inkişafı yolunda addımlayır.

Qardaş xalqlar arasında dostluğun, sıx əməkdaşlığın möhkəmlənməsinə və inkişafına xidmət edən bütün təşəbbüslər olduqca yüksək rəğbətə, mühüm dəyərə malikdir. Bu mühüm missiyanın daşıyıcısı olaraq Prezident İlham Əliyevin xarici siyasət strategiyası Türk dövlətlərinin təşkilatlanmasında aparıcı istiqamət, lokomotiv təşkil edir. Prezident İlham Əliyevin ardıcıl siyasəti nəticəsində bu gün Türk dünyasının daha da birləşməsinin şahidi oluruq. Bu, həm də ümummilli iradənin həyata keçirilməsi deməkdir.

Azərbaycanın Özbəkistanla münasibətlərinin ayrıca xüsusi incə xətlə inkişafı, tarixi, dini, mədəni, mənəvi keçmişə istinad əsasında qurulan, müasir, qlobal əhəmiyyətli ideya və fikir yükü ilə zəngin olan bu münasibətlər gələcəkdə Türk birliyinin daha da güclənməsinə xidmət edəcək. Belə ki, Özbəkistanın TDT-yə üzvlüyü 2018-ci ildə elə məhz Bakıda reallaşanda bu, Azərbaycanın rəsmi Daşkəndə münasibətinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərirdi. Azərbaycan Prezidentinin Daşkənddə imzaladığı 20 istiqamət üzrə əməkdaşlıq sənədləri dövlətlərarası münasibətlərin inkişafına, xüsusilə iqtisadi münasibətlərdə artıma, investisiya, ticarət imkanlarının genişlənməsinə xidmət edir. Təsadüfi deyil ki, prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin görüşündə “Özbəkistan-Azərbaycan iqtisadi kooperasiyası ili” elan edilib.

Təqdirəlayiq haldır ki, bütün sahələrdə inkişaf edən Azərbaycan-Özbəkistan münasibətləri qardaş ölkələrin mediasını da əhatə edir.

Daşkənddə informasiya təhlükəsizliyi məsələlərinə dair Azərbaycan-Özbəkistan Media Forumu da bu əməkdaşlığın nəticəsidir. Foruma iki ölkənin media nümayəndələri, ekspertləri və dövlət xadimləri informasiya təhlükəsizliyi sahəsində aktual məsələləri və süni intellektin media fəaliyyətinə təsirini müzakirəyə çıxarıblar. Qeyd olunub ki, Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparılır. Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi də buna böyük töhfə verir. Müttəfiqlik əlaqələri də öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına, fundamental layihələrin həyata keçirilməsinə ciddi təkan verir.

Kamran Həsənov

Forumda çıxış edən Azərbaycanın Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov xatırladıb ki, iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın əsası 2022-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması ilə qoyulub.

K.Həsənov qeyd edib ki, etibarsız məlumatların çox olduğu müasir dünyada daha məsuliyyətli və məlumatlı jurnalist cəmiyyətinin formalaşdırılması son dərəcə vacibdir.

O vurğulayıb ki, son illər etibarsız məlumatların sayı on dəfə artıb və təsadüfi deyil ki, bu gün bir çoxları dezinformasiyanı əsas dünya təhdidlərindən biri hesab edir:

“Etibarsız məlumatların sayı o qədər sürətlə artır ki, ənənəvi dəqiqləşdirmə üsulları artıq bu axınla ayaqlaşa bilmir. Süni intellekt texnologiyalarının inkişafı isə vəziyyəti daha da çətinləşdirir. Bəzi proqnozlara görə, yaxın gələcəkdə bütün onlayn-kontentin əksəriyyəti süni intellekt tərəfindən yaradıla bilər. Təəssüf ki, bu məzmunun əksəriyyətini təhrif olunmuş faktlar, sadə dillə desək, dezinformasiya və saxta məlumatlar təşkil edə bilər".

Əhməd İsmayılov

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov öz növbəsində bildirib ki, Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal iş aparılır. O bildirib ki, buna Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin siyasi iradəsi böyük töhfə verir: “Müttəfiqlik əlaqələri də öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına, fundamental layihələrin həyata keçirilməsinə ciddi təkan verir. 2022-ci il iyunun 20-də Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib”.

Əlavə edib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir.

Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində panel müzakirələr də aparılıb. "Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda keçirilən müzakirə zamanı "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev jurnalistlərin peşəkarlığı və onların geosiyasi prosesləri başa düşməsini dezinformasiyaya qarşı mübarizədə əsas amillərdən biri adlandırıb.

Fuad Hüseynəliyev

Öz növbəsində Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Morodova vurğulayıb ki, bu gün iki ölkə arasında informasiya mübadiləsi üçün vahid platformanın olması çox vacibdir.

Qeyd edək ki, artıq bir neçə ildir Azərbaycan və Özbəkistanın media strukturları arasında əməkdaşlıqda müsbət dinamika müşahidə olunur. Hər iki Şuşa Qlobal Media Forumunda Özbəkistan mediasının nümayəndələri iştirak ediblər. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı (TDT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) media platformaları çərçivəsində fəal əməkdaşlıq edilir.

Azərbaycan-Özbəkistan Ekspert Şurası ilə bağlı olub və qeyd edilib ki, bu, dövlətlərarası münasibətlərin səviyyəsinin yüksəldilməsi üçün zəruri olan ciddi intellektual platforma olacaq.

Beləliklə, Daşkənddə baş tutan forum Azərbaycan ilə Özbəkistan arasında kommunikasiya və media siyasəti sahəsində əlaqələrin daha da inkişafı və möhkəmlənməsi üçün katalizator rolunu oynayacaq, təcrübə və fikir mübadiləsi üçün unikal imkanlar ortaya qoyacaq.(Report)
Emile
Hey just wanted to give you a quick heads up. The text in your post seem to be running off the screen in Firefox.
I'm not sure if this is a format issue or something
to do with browser compatibility but I thought I'd post to let you know.
The layout look great though! Hope you get the issue fixed soon. Many thanks

Also visit my web blog :: the genius
wave reviews and complaints
Ulrich
Hey! I know this is somewhat off topic but I was wondering if you knew where I could find a
captcha plugin for my comment form? I'm using the same
blog platform as yours and I'm having problems finding one?
Thanks a lot!

my homepage; provadent customer reviews
Merry
Hey! Quick question that's totally off topic.
Do you know how to make your site mobile friendly? My weblog looks weird when browsing
from my iphone4. I'm trying to find a template or
plugin that might be able to correct this problem.
If you have any recommendations, please share.
Appreciate it!

My site ... alpha
bites supplement
Tessa
When I originally commented I clicked the "Notify me when new comments are added" checkbox and now each time a comment is added I get several emails with the same comment.
Is there any way you can remove me from that service? Cheers!


Here is my site; the genius wave free

If you would like to take a great deal from this article then you have to apply these techniques to
your won website.

My page; LipoZem Ingredients
Reva
I was suggested this web site by my cousin. I'm not sure whether
this post is written by him as nobody else know such detailed about my problem.
You're amazing! Thanks!

my web blog - LipoZem
Ofelia
Currently it appears like BlogEngine is the preferred blogging platform out there
right now. (from what I've read) Is that what
you are using on your blog?

my homepage - the growth matrix penis exercises

It's very easy to find out any topic on net as compared to books, as I found this paragraph at this web
site.

My page - the money wave
Jeremy
I was suggested this website by my cousin. I am not sure whether this post
is written by him as nobody else know such detailed about my problem.
You're wonderful! Thanks!

my page ... prostalite amazon
Maricela
I'm really enjoying the theme/design of your site.
Do you ever run into any web browser compatibility problems?
A couple of my blog readers have complained about my site not operating correctly in Explorer
but looks great in Firefox. Do you have any advice to help fix this problem?



Feel free to surf to my webpage ... free
sugar pro drops
Joesph
My brother recommended I might like this web
site. He was totally right. This post actually made my day.
You can not imagine just how much time I had spent for this info!

Thanks!

Feel free to surf to my page; can tonic greens cure herpes
Verla
Hi there colleagues, its enormous piece of writing on the topic of cultureand fully explained, keep it up all the time.


Take a look at my blog post - ingredients in tonic greens
Alecia
Your method of describing the whole thing in this piece of writing is in fact nice, all can without difficulty be aware of it, Thanks a
lot.

Here is my webpage :: The Money Wave for financial success
Назад 1 2 Дальше