Şou
13 iyun 2022
14
Billi Ayliş konsertini yarımçıq dayandırıb

Müğənni Billi Ayliş bəzi pərəstişkarlarının istidən təsirlənməsi səbəbindən Londondakı konsertini dayandırmaq məcburiyyətində qalıb.
Huşunu itirmiş bir neçə tamaşaçı izdiham tərəfindən əzilmək riski ilə üzləşib. Qonaqların durumundan narahat olan müğənni musiqini dayandıraraq tamaşaçılara üz tutub:
“Siz yaxşısınız? Görürəm ki, insanlar huşunu itiriblər. İstidir, bilirəm. Bir addım geri atın, hər kəsə bir az yer verin. Kimsə bir az halsız görünürsə, bu barədə xəbər verin”, - ifaçı bildirib.
Bir neçə dəqiqədən sonra Ayliş çıxışını davam etdirib.
Mənbə: “Deadline”

Daha çox xəbər:

Müğənni Cəmilə deputat olmaq istəyir: "Sizi ağ günə çıxardacam"
Şou
Müğənni Şəbnəm Tovuzlu yenə İnstaqram izləyiciləri tərəfindən tənqid olunub
Şou
Azərbaycanlı müğənni gecə klubunda görüntüləndi
Şou
Oruc tutanda halsız olmamaq üçün bunları edin
İdman
Psixoloji müalicə alan müğənni səhnəyə qayıtmayacaq
Şou