Cəmiyyət / Səhiyyə / Mədəniyyət
21 aprel 2020
98

Koronavirus əleyhinə post paylaşan məşhur modelyeri həkim sandılar - FOTO

Millinfo.az

Koronavirus əleyhinə post paylaşan məşhur modelyeri həkim sandılar - FOTO



Koronavirus əleyhinə post paylaşan məşhur modelyeri həkim sandılar - FOTO

Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova sosial media hesabında paylaşdığı postla diqqət çəkib.

Məşhur modelyer koronavirusdan qorunmaq üçün bildiyi məlumatları izləyiciləri ilə bölüşüb. İmmun sistemini gücləndirmək və karantin dövründə sağlamlığın qeydinə necə qalmaq üçün paylaşdığı postda geniş məlumatlar yazıb.

"Dostlar, bu məlumatları sizlərlə paylaşmaq istədim. Virusun lipid qatını əridən turş yeməklərdir: turş limon, avokado, sarımsaq, ananas, kivi, portağal.

İmmuniteti virusa qarşı möhkəmlətmək üçün tövsiyyə etdiyim qidalar isə bunlardır. Yaşıl çay – flavonoidlərlə zəngindir. Və Epigallocoachin gallete BUNA (AGCG) deyirlər, çox qüvvətli antioksidandtdır. Brokkoli –bir kələm ailəsindəndir. Çoxlu vitamin və mineralı var. Gərək brokolini ya çiy, ya da bir az isti suda pörtlədib yeməlisiz. Sərbəst radikalları zərərsizləşdirir. İspanaq – kalsium, maqnezium, dəmir A vitamini, beta karotinlə zəngindir. İltihab əleyhinədir, immun sistemi artırır, təzyiqi sala bilir. Salatlarda çiy halda yeyilməlidir. Küküdə isə çox az odda, xəfif bişirilməlidir. Qırmızı bolqar bibər - ən xeyirli bibərdir. Portağaldan 2 dəfə çox vitamin C var. Həmçinin ağciyərlər üçün faydalı beta karotin var. Alma – fərqi yoxdur yaşıl, qırmızı. Onlarda olan pektin mədə-bağırsaqda probiotik təsir göstərir. Hər kəs axşam bir ədəd alma yesə, mədə-bağırsağa çox kömək edir.Evdə qalın və sağlam olun".

Sənətçinin bu postuna izləyicilər tərəfindən çoxsaylı şərhlər gəlib. İzləyicilərdən birinin "Sağ olun, həkim" şərhinə Fəxriyyə Xələfovanın "Mən həkim deyiləm, modelyerəm" cavabı diqqətləri çəkib.