Cəmiyyət
04 mart 2023
0
Yeni nazir müavini kimdir? - DOSYE
![Yeni nazir müavini kimdir? - DOSYE](https://azadmedia.az/uploads/posts/2023-03/1677946609_1677934206_1552378969_umayra.jpg)
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Umayra Tağıyeva ekologiya və təbii sərvətlər nazirinin müavini təyin olunub.
Umayra Tağıyeva bu təyinatadək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi idi.
O, aprelin 3-ü 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsi, sinoptik, mühəndis, 1993-2001-ci illərdə Hidrometeorologiya Xidmətində şöbə rəisi, 2001-2015 - ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə ETSN-nin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib. 03.04.2020-ci il tarixdən bu günədək Milli Hidrometeorologiya Xidmətinin rəisi vəzifəsində çalışıb.
22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adı, 22 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Ailəlidir, 1 övladı var.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Umayra Tağıyeva nazir müavini təyin edildi](https://azadmedia.az/uploads/posts/2023-03/1677933625_1598109745_trend_umayra_tagiyeva_180119_03.jpg)
Umayra Tağıyeva nazir müavini təyin edildi
Gündəm / Cəmiyyət![SOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE](http://azadmedia.az/uploads/posts/2022-02/1644495351_1644493788_73d4cdbf-4fb4-3fae-945f-42ff4c7eaedd_850.jpg)
SOCAR-da Rövnəq Abdullayevi əvəzləyən şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət![Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri kimdir? - DOSYE](http://azadmedia.az/uploads/posts/2022-05/1653981653_1653980654_1653733754_10ed0be9-942d-46e3-bcb4-88507bf8448a-1.jpg)
Mərkəzi Bankın İdarə Heyətinin yeni üzvləri kimdir? - DOSYE
Gündəm / Cəmiyyət![Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi](/uploads/posts/2020-05/medium/1589442141_1381372-1.jpg)
Azərbaycanda nazirin 1-ci müavini vəzifəsini itirdi
Gündəm![Gömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE](http://azadmedia.az/uploads/posts/2022-08/1659509050_1659507343_inshot_20220803_101502936.jpg)
Gömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE
Gündəm / Cəmiyyət