Cəmiyyət / Mədəniyyət
24 aprel 2020
51

Ramazan ayının başlaması münasibətilə İranın səfiri Azərbaycan xalqını təbrik etdi

Ramazan ayının başlaması münasibətilə İranın  səfiri Azərbaycan xalqını təbrik etdi

Mübarək Ramazan ayının başlaması münasibətilə İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan xalqına təbrik unvanladı.

Allahın adı ilə
Rəhmət və bərəkət ayı olan Ramazan ayının nəsim küləyi İslam dünyasının sevincinə səbəb olmuşdur.Ramazan ayının başlaması münasibətilə İranın  səfiri Azərbaycan xalqını təbrik etdi
Mən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri olaraq, Cənnət qapılarının bəndələrin üzünə açıldığı və Quranın baharı olan mübarək Ramazan ayının gəlişi münasibətilə, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edir, hamınıza bərəkətli, sağlam, duaların qəbul olunduğu bir ay arzu edirəm.Allahdan diləyirəm ki, bu ayın bərəkəti xatirinə bütün bəlaları və xəstəlikləri, o cümlədən koronavirus bəlasını dünyanın bütün əhalisindən, xüsusilə müsəlman xalqlardan uzaqlaşdırsın, müsəlman xalqlar üçün sülh, dostluq və sevgi dolu dünya ərməğan etsin.



Cavad Cahangirzadə
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri