Cəmiyyət / Sosial
27 aprel 2020
27

MDB ölkələrində “Xatirə bağı” aksiyası çərçivəsində milyonlarla ağac əkilib

Milliinfo.az

MDB ölkələrində “Xatirə bağı” aksiyası çərçivəsində milyonlarla ağac əkilib


 MDB ölkələrində “Xatirə bağı” aksiyası çərçivəsində milyonlarla ağac əkilib


“Xatirə bağı” beynəlxalq aksiyasının iştirakçıları Rusiyada 10 milyondan çox ağac əkiblər. Martın 18-də başlanmış bu aksiya, pandemiyaya baxmayaraq, indi də davam edir.

AZƏRTAC MDB İcraiyyə komitəsinin saytına istinadla xəbər verir ki, Rusiyada və MDB üzvü olan digər ölkələrdə 27 milyon - Böyük Vətən müharibəsi zamanı həlak olanların sayı qədər ağac əkəcəklər. Aksiyada müxtəlif yaş qruplarına aid on minlərlə rusiyalının iştirak etməsi nəzərdə tutulurdu. Amma hələ ki, məsələn, Kurqan vilayətində özünütəcrid rejimi ilə əlaqədar, aksiyada yalnız könüllülər iştirak edə bilərlər. Əlbəttə, təhlükəsizlik tədbirlərinə maksimal riayət etməklə. İvanovo vilayətində də eyni vəziyyət yaranıb. Samara ətrafında da qoruyucu tədbirlər qüvvədədir. Burada ağacları “75” rəqəmi şəklində əkmək qərara alınıb.

“Qələbə Könüllüləri” regional qərargahın sədri Anton Korotkov deyib: “Xatirə bağı” aksiyası, ilk növbədə, Böyük Vətən müharibəsi illərində sovet əsgərlərinin igidliyi haqqında xatirə və eyni zamanda, ekoloji vətənpərvərlik aksiyasıdır”.