Cəmiyyət
24 iyul 2023
0
Hərbi zavoddakı partlayışla bağlı cinayət işi AÇILDI
![Hərbi zavoddakı partlayışla bağlı cinayət işi AÇILDI](https://azadmedia.az/uploads/posts/2023-07/1690210479_part-1.png)
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)