Gündəm / Cəmiyyət
14 iyul 2022
57
Hərbçimiz HƏLAK OLDU
![Hərbçimiz HƏLAK OLDU Hərbçimiz HƏLAK OLDU](http://azadmedia.az/uploads/posts/2022-07/1657776736_1615148618_modern_az_sehid-tabutu_732.jpg)
İyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)