Dünya / Səhiyyə
22 aprel 2020
38

Koronavirusla bağlı son rəqəmlər

Milliinfo.az

Koronavirusla bağlı son rəqəmlər


Koronavirusla bağlı son rəqəmlər
Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 2 557 926 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 695 mini keçsə də, ölənlərin sayı 178 minə yaxınlaşır.

Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayını ötüb.

Belə ki, ölkədə 595 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 14-nün vəziyyəti ağır, 20-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 20 nəfər virus səbəbindən həyatını itirib, 865 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 690 min aktiv xəstə var. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə yoluxma halı 204 mini keçib. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 25 minə yaxınlaşır.

Qonşu Türkiyədə yoluxma sayı artıq 95 mindir. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından xeyli çoxdur. Ölkədə 60 min sağalmış, 18 min aktiv xəstə var.