Dünya
13 oktyabr 2023
0

1 yaşlı uşaq yük maşınının altında qaldı



Oktyabrın 12-də saat 11 radələrində Kürdəmir rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib.

Qağacılı kənd sakini İskəndərov Sahib Sabir oğlu rayonun Yenikənd kəndində idarə etdiyi “Qaz 53” markalı yük maşınını arxaya hərəkət etdirərkən 2022-ci il təvəllüdlü Bəkirov Uğur Semral oğlunu vurub.

Nəticədə 1 yaşlı uşaq hadisə yerində ölüb. Faktla bağlı Kürdəmir RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.