Gündəm / Cəmiyyət
09 oktyabr 2024
0

Amfibiyamız İzmirdə yanğınlara cəlb olundu - Video

Amfibiyamız İzmirdə yanğınlara cəlb olundu - Video

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Əməliyyat çərçivəsində təyyarə ötən gün İzmir-Aliağa istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.