Gündəm / Cəmiyyət
10 dekabr 2022
10
Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu
Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Yeni təyinatların olduğu təhsil müəssisələrindən biri olan Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova direktor təyin olunub.
Belə ki, bir müddət öncə Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı və Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin sabiq direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətləri edilmişdi.
Baş verən hadisəyə görə 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova və Lənkəran şəhər icra başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilmişdi.
Fotoda Yeganə Əsgərova
![Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu Şagirdin döyüldüyü məktəbə yeni direktor təyin olundu](https://qafqazinfo.az/uploads/images/98(13).jpg)
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-07/1658157016_1658151048_fotojet-11.jpg)
Məktəblini döyən icra başçısının müavini işdən çıxarıldı - YENİLƏNİB
Gündəm / Cəmiyyət![Məktəbliyə zorakılıq edən müavinlə bağlı qərar verildi](http://azadmedia.az/uploads/posts/2022-10/1665397109_rasile.jpg)
Məktəbliyə zorakılıq edən müavinlə bağlı qərar verildi
Gündəm / Hadisə![Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...](/uploads/posts/2019-05/1556701421_751280.jpg)
Şagirdin ölümünə görə direktor işdən çıxarıldı, müavini isə...
Cəmiyyət![Lisey və gimnaziyalara şagird qəbuluna başlanıldı](http://azadmedia.az/uploads/posts/2022-05/1652450036_1652443277_mektebli-sagird.jpg)
Lisey və gimnaziyalara şagird qəbuluna başlanıldı
Gündəm / Cəmiyyət![Nazir 15 məktəbə direktor TƏYİN ETDİ](/uploads/posts/2021-09/medium/1632124581_1632121910_ca6839aa-4448-43a2-b8d6-a8939bf64836-1.jpg)
Nazir 15 məktəbə direktor TƏYİN ETDİ
Gündəm / Cəmiyyət