Gündəm / Cəmiyyət
25 yanvar 2023
10
Bakıda tıxac olan yollar AÇIQLANDI
![Bakıda tıxac olan yollar AÇIQLANDI Bakıda tıxac olan yollar AÇIQLANDI](https://azadmedia.az/uploads/posts/2023-01/1674623758_1674622066_387c19e3-b35b-385e-a780-cc8c4cbc6de1.jpg)
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Məlumata görə, hal-hazırda:
1. Heydər Əliyev prospekti əsas və köməkçi və əsas yol, mərkəz istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Yusif Səfərov küçəsi, hər iki istiqamətdə;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)