Gündəm / Dünya
06 aprel 2023
3

İstanbulda 5 mərtəbəli bina uçdu - Video

İstanbulda 5 mərtəbəli bina uçdu - Video


İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.

Milliinfo.az “DHA” agentliyinə istinadən xəbər verir ki, Karaköydə yerləşən bina səhər saatlarında qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub.

Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, binanın bərpasına başlanılmasına dair qərar hələ 2015-ci ildə verilsə də, tikilinin sahibi işlərə başlamayıb.