Gündəm / Dünya
23 may 2023
0

İran Səudiyyə Ərəbistanına səfir göndərdi


Əlirza Enayəti İranın Səudiyyə Ərəbistanındakı səfiri təyin olunub.

Bu barədə Mizan agentliyi məlumat yayıb.

Enayati bundan əvvəl xarici işlər nazirinin köməkçisi və XİN-in Fars körfəzi ölkələri İdarəsinin rəisi vəzifələrində çalışıb.

Ölkəsini bir sıra diplomatik korpuslarda təmsil edən Enayati 2014-ci ildə İranın Küveytdəki səfiri olub.