Gündəm / Hadisə
27 aprel 2020
45

Paytaxtda quldurluq edən şəxs saxlanılıb

Milliinfo.azPaytaxtda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda quldurluq edən şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib 53 manatını və mobil telefonunu aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.